image-qanunla-reklam
image-1667539918_zelenpu-pic4_zoom-1500x1500-85280

“Zelenski Putinlə şəxsi görüşdən qorxur”

image-lady-day-az

“Ukrayna prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinlə şəxsi görüşdən qorxur”.

“Qanunla.az” “RİA Novosti”ya istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Krımdan olan deputatı Mixail Şeremet deyib

“O, kameranın arxasınsa çox şey deyə bilir, yanağını şişirdir, cəsarətli ola bilir, amma şəxsi danışıqlar vaxtı gələndə dərhal yoxa çıxır. Davranışının səbəbi bəllidir – prezidentimizlə görüşməkdən qorxur. Zelenskinin ölkəsini israf etmək və Qərbin geosiyasi maraqları naminə Ukrayna xalqını qırğına təslim etmək üçün bəhanələr uydurmağa başlamaqdan başqa deyəcək bir sözü yoxdur”, – deyə parlamentar bildirib.

Şeremet vurğulayıb ki, Ukrayna liderinin G20 sammitində iştirakına ehtiyac yoxdur, çünki Ukraynanın əsl ağaları ABŞ və Britaniya hakimiyyət orqanları orada olacaq.

Qeyd edək ki, G20 sammiti 15-16 noyabrda baş tutacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki