Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın diplomatik bacarığı dünyanı ərzaq böhranından xilas etdi.
Qanunla.Az xəbər verir ki, bunu Ukraynanın birinci xanımı Yelena Zelenskaya İstanbulda Türkiyənin birinci xanımı Əminə Ərdoğanla görüşündə bildirib.
O bildirib ki, xüsusilə taxıl dəhlizi dünyanı ərzaq böhranından xilas etdi.
Müharibə səbəbindən Ukraynada səhiyyə sahəsində tələbatların artdığına diqqət çəkən Zelenskaya Əminə Ərdoğandan bununla bağlı yardım istəyib.