image-qanunla-reklam
image-1665561721_atom

Zaporojye AES-də enerji kəsilib

image-lady-day-az

Zaporojye Atom Elektrik Stansiyasına (AES) xarici mənbədən verilən elektrik enerjisi kəsilib.

Qanunla.az xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi “Twitter”də məlumat paylaşıb.

“Zaporojye AES-dəki komandamız bu gün səhər mənə məlumat verdi ki, 5 gün ərzində ikinci dəfə stansiyaya xarici mənbədən enerji kəsilib. Onun ehtiyat dizel generatorları indi nüvə təhlükəsizliyi və təhlükəsizlik funksiyaları üçün elektrik enerjisi təmin edir”, – AEBA-nın baş direktoru deyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki