image-qanunla-reklam
image-1668579471_107995af-beb5-46d4-b26a-c5a23889e91f

“Yunanlar öz yerlərini bilsinlər” – Türkiyə lideri

image-lady-day-az

“Bir gecə qəfil gələ bilərik, yerlərini bilsinlər. O adaları istədikləri kimi doldursalar, faydası olmaz”.

“Qanunla.az” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İndoneziyanın Bali adasında jurnalistin Yunanıstanla bağlı sualına cavabında deyib.

Türkiyə lideri jurnalistlərə açıqlamasında “İŞİD-la mübarizə bəhanəsi ilə terror təşkilatına dəstək verənlər tökülən hər damla qanda da ortaqdırlar. Türkiyənin ədalətli mübarizəsi üçün bütün dost və müttəfiqlərimizin səmimi dəstəyini gözləyirik. Biz terror təhlükəsini mənbəyində aradan qaldırmaq strategiyamızı qətiyyətlə həyata keçirməyə davam edəcəyik. Nə edirlərsə etsinlər, kimin arxasında gizlənirlərsə etsinlər, terrorçular onları gözləyən acı taledən xilas ola bilməyəcəklər. Bir daha qeyd etmək istəyirəm ki, ölkəmizin və regionumuzun gələcəyində terrorun heç bir formasına yer yoxdur”,-  deyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki