image-qanunla-reklam
image-bineli-yildirim

Yıldırım Türkiyəyə tibbi yardım təyyarəsi ilə qayıdacaq

image-lady-day-az

Binəli Yıldırım tibbi yardım təyyarəsi ilə Türkiyəyə qayıdacaq.

Qanunla.Az  xəbər verir ki, bunu AKP sözçüsü Ömər Çelik Tvitterdə yazıb.

“Keçmiş olsun” arzularını çatdıran hər kəsə təşəkkür edirəm. AKP sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçinin durumları yaxşıdır”, – o bildirib.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində ölkəyə gəlmiş Binəli Yıldırım, mühafizəçisi və millət vəkili Şamil Ayrımın olduğu avtomobil Cəbrayıldan qayıdarkən döngədə idarəetməni itirərək qəzaya düşüb. Onlar Mərkəzi Klinikaya yerləşdiriliblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki