image-qanunla-reklam
image-1669188848_fazail_ibrahimli_deputat_160420

“Yeni qanunda bu dəyişikliklər öz əksini tapmalı idi” – Vitse-spiker

image-lady-day-az

“Siyasi partiyalar haqqında” qanun layihəsi hazırlanarkən beynəlxalq prinsiplər nəzərə alınıb, 20-ə qədər ölkənin bu sahədə təcrübəsi öyrənilib.

“Qanunla.az” xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Fəzail İbrahimli deyib. O bildirib ki, “Siyasi partiyalar haqqında” mövcud qanun 30 il bundan əvvəl qəbul olunub:

“Bu müddət ərzində Azərbaycanda çox ciddi dəyişikliklər baş verib. Yeni qanunda bu dəyişikliklər öz əksini tapmalı idi. İlkin variantla müqayisədə qanun layihəsi müzakirələr nəticəsində təkmilləşdirlib və bundan sonra da təkmilləşdiriləcək”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki