Ukrayna prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenski Böyük Britaniyanın baş naziri Rişi Sunakın Londonun Dauninq-stritdəki iqamətgahını ziyarət edib.
“Qanunla.az” xarici KİV-ə istinadən xəbər verir ki, Sunakın həyat yoldaşı Akşata Murti Yelena Zelenskini iqamətgahda qarşılayıb.
Məlumata görə, Zelenskinin həyat yoldaşı Britaniya parlamentində çıxış edəcək.