image-qanunla-reklam
image-1642743472-zelzele

Yaxın günlərdə Azərbaycanda zəlzələ ola bilər? – AÇIQLAMA

image-lady-day-az

“Yaxın günlərdə Azərbaycanda dağıdıcı zəlzələnin olması ehtimalı yoxdur”.

“Qanunla.az” xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

O bildirib ki, mütəmadi şəkildə müxtəlif maqnitudada yeraltı təkanlar qeydə alınır və bu da normaldır:

“Bunlar da qorxulu deyil. Ölkəmiz seysmik zonada yerləşir. Xəzər dənizi, Böyük Qafqazın cənub yamacı, Şamaxı, İsmayıllı, Quba-Xaçmaz və digər ərazilər aktiv zonada yerləşir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki