image-qanunla-reklam
image-62b305150681e62b305150681f165589941362b305150681c62b305150681d

“Yaşıl enerji zonası”

image-lady-day-az

“Yaşıl enerji zonası”

Qarabağda və Şərqi Zəngəurda tikiləcək binaların və digər obyektlərin layihələndirilməsi zamanı ərazinin potensialından asılı olaraq müxtəlif bərpa olunan enerji mənbələri üzrə qurğuların quraşdırılması nəzərə alınır. Cənab Prezidentin 16 noyabr 2022-ci il tarixli Sərəncamına əsasən qəbul edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda bu inkişafın sistemli bir şəkildə təşkilinə, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan bir inkişaf modelinin formalaşmasına imkan verəcək.

Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 %-i 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən işğal altında saxlanılıb. İşğal dövründə bu ərazilərdə Azərbaycanın şəhərləri və digər yaşayış məntəqələri, o cümlədən infrastruktur obyektləri tamamilə dağıdılmış, milli-mədəni irsimiz məhv edilmiş, təbii sərvətlərimiz talan edilmiş, iqtisadiyyata əhəmiyyətli dərəcədə zərər vurulub. Lakin, 2020-ci ilin 27 sentyabr tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olunmuş, ölkəmizin ərazi bütövlüyü bərpa edilmiş və bununla da həmin ərazilərin dayanıqlı inkişafına başlanılıb. Dövlət Proqramının icrası əhalinin dayanıqlı məskunlaşması və işğaldan azad olunmuş ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası məqsədləri çərçivəsində həyata keçiriləcək. Təbii ki, dayanıqlı məskulnaşma üzrə fəaliyyətə iqtisadiyyatın bir çox sahələri ilə yanaşı enerji infrastrukturunun qurulması və yenidən bərpası, həmçinin ətraf mühitin etibarlı mühafizəsi, ekoloji təhlükəsizliyi, təbii resurslardan səmərəli və effektiv istifadə, “Ağıllı şəhər”, “Ağıllı kənd” və “Yaşıl enerji zonası” konsepsiyalarının tətbiqinin təşviq etmək üzrə bir çox tədbirlər daxildir. İşğaldan azad olunmuş ərazilərdə enerji səmərəli və ekoloji təmiz texnologiyaların tətbiqi məqsədi ilə günəş və külək elektrik stansiyalarının tikilməsi, yararsız hala salınmış kiçik su elektrik stansiyalarının bərpası, o cümlədən yeni kiçik və böyük həcmli su elektrik stansiyalarının inşası, damüstü günəş enerjisi sistemlərinin quraşdırılması və küçə və yolların işıqlandırılmasında enerji səmərəli “yaşıl” texnologiyaların tətbiqinə dair tələblərin müəyyən edilməsi kimi tədbirlər öz əksini tapıb. “Yaşıl enerji” zonasının yaradılması çərçivəsində elektrik enerjisi dəyər zəncirinin hər bir həlqəsində “yaşıl texnologiya”lardan və “yaşıl enerji” potensialından texniki və kommersiya əlverişliliyi nəzərə alınmaqla istifadə ediləcəkdir.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki