image-qanunla-reklam
image-1668756322_5_1668705179

Yaşayış minimumu və ehtiyac meyarının həddi I oxunuşda qəbul olundu

image-lady-day-az

Milli Məclisin bu gün keçirilən iclasında “2023-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

“Qanunla.az” xəbər verir ki, qanun layihəsinə əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilib.

Həmçinin iclasda “2023-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2023-cü il üçün ehtiyac meyarının həddi 246 manat məbləğində nəzərdə tutulur.

Müzakirələrdən sonra hər iki qanun layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki