image-qanunla-reklam
image-1660713241-tag_reuters-com-2022_newsml_lynxmpei0p0os_12022-01-26t140356z_1_lynxmpei0p0os_rtroptp_3_health-coronavirus-usa-autos

Yarım milyona yaxın Amerika avtomobili geri çağırılır

image-lady-day-az

“General Motors” təhlükəsizlik kəmərləri ilə bağlı problemi həll etmək üçün ABŞ-da 484 000-dən çox yolsuzluq avtomobilini geri çağırır.

“Qanbunla.az” xarici KİV-ə istinadən xəbər verir ki, 2021 və 2022-ci il istehsallı “Chevrolet Suburbans” və “Tahoe”, “Cadillac Escalade” və “GMC Yukon” geri çağırılır.

Avtomobil istehsalçısı bildirir ki, istehsal qüsuru səbəbindən təhlükəsizlik kəmərləri qəza zamanı sərnişini düzgün tutmaya bilər və bu, xəsarət alma riskini artırır.

Hələlik bu problemin fəsadları ilə bağlı məlumat yoxdur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki