image-qanunla-reklam
image-333207163_711461300458769_3063577367820671692_n

Xocalı soyqırımının 31-ci ildönümü Zərdab rayonunda qeyd olunub-FOTO

image-lady-day-az
Zərdab rayonunda Soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri düzülərək xatirələri ehtiramla yad edilib.
Qanunla.Az xəbər verir ki, anım mərasimində Rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadə, İcra başçısının müavinləri, YAP-nın Zərdab rayon təşkilatının sədri, icra Aparatının məsul şəxsləri, Rayon Məhkəməsinin sədri, hüquq mühafizə orqanlarının rəhbərləri, SHXÇDX-nin Zərdab rayon şöbəsinin rəisi, idarə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri,qazilər və müharibə veteranları iştirak ediblər.
Məktəb şagirdlərinin və uşaq bağçalarının birgə hazırladıqları soyqırım qurbanlarının xatirəsinə həsr olunmuş sərgi nümayiş olunub.
Rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadə Anım mərasimində çıxış edərək bildirmişdir ki, Ermənistanın Azərbaycana qarşı onilliklər ərzində davam edən təcavüzü zamanı dinc əhaliyə qarşı törədilmiş ən ağır cinayətlərdən və Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri münaqişədən əvvəl 7000-dən çox əhalinin yaşadığı Xocalı şəhərinin sakinlərinin soyqırımına məruz qalması olmuşdur.
Xocalı şəhəri 1991-ci ilin oktyabr ayından etibarən Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə mühasirəyə alındı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Ermənistan silahlı qüvvələri, keçmiş SSRİ-nin əksəriyyətini ermənilər təşkil edən 366-cı motoatıcı alayının köməyi ilə Xocalını işğal etdilər.

İşğal nəticəsində, şəhərin 5379 nəfər sakini zorakılıqla qovuldu. 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca vəhşicəsinə öldürüldü. 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qaldı, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı. Əsir götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Ermənistan silahlı qüvvələrinin bu hərəkətləri ailələri parçaladı. 8 ailə tamamilə məhv edildi. 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirdi.

Xocalı soyqırımı, dinc əhalinin heç bir fərq qoyulmadan qətlə yetirilməsi Ermənistanın dövlət səviyyəsində uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi etnik nifrət, irqi ayrı-seçkilik və sistematik zorakılıq siyasətinin tərkib hissəsi idi.

Azərbaycan Respublikası inanır ki, milli səviyyədə, eləcə də mövcud beynəlxalq hüquq çərçivəsində görülən davamlı tədbirlər cəzasızlığa son qoyulmasına və Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı törədilmiş ağır cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin ədalət məhkəməsi qarşısına çıxarılmasına xidmət edəcək.

Xocalı soyqırımına hüquqi qiymət verilməli və bu dəhşətli faciəni törədənlər öz layiqli cəzalarını almalıdırlar.

Xocalı faciəsinin qurbanlarını milli yaddaşımıza həkk edir və onların xatirəsini ehtiramla yad edirik.

Allah rəhmət eləsin!”

Vüqar Rəhimov

image-333276059_933346037693071_6531694217642926303_nimage-332313733_922443242228623_247022112050006549_nimage-333506400_1248420585751794_3114125197609124467_nimage-333333893_1757462508030380_1325747610344822824_nimage-331323909_754838152666680_667413298916639816_nimage-333257641_3404323963118810_7805448961192795032_nimage-333101430_772902107123782_2055093534746401182_nimage-333434739_153538804176739_2846415112258506785_n-1image-333546963_510119361199548_7256280051213044848_nimage-332982432_925316918805953_4737988120395839920_nimage-331469848_220823327062418_4275431925104840608_nimage-331257752_882949186306913_6802648578158636767_nimage-333332246_967064291130706_2550072002341191025_nimage-332938211_1391798401362059_2012375473917345099_nimage-332843108_2946102995533099_6904714761238293136_nimage-333494378_977403476756497_662549707776679094_nimage-331323884_977917996523120_6968674661921629129_nimage-331262817_3093809654246792_740203352543598595_nimage-333542507_669564164922760_6412562987078761390_nimage-333322293_901782074469702_3472181851122906151_nimage-333297588_3288641874722457_3369889123428092302_nimage-333355189_752323783122871_7809087942598282506_nimage-333308634_920147185780535_4431136144683546824_nimage-333383668_6015843515177287_614746739403636834_nimage-333023350_1210929509525075_5751553440551726318_nimage-333005314_734591091492257_7931321357536263072_nimage-332976890_548273513783145_5188028086247711241_n


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki