image-qanunla-reklam
image-6f59551c-2062-3808-bd7f-324c554d8fac_850

Xırdalanda avtomobilə atəş açan şəxslə bağlı cinayət işi başlanılıb

image-lady-day-az

Xırdalanda avtomobilə atəş açılması ilə bağlı cinayət işi başlanılıb.

Qanunla.Az xəbər verir ki, 1994-cü il təvəllüdlü Osmanlı Səlcuq Tofiq oğlu istintaqa məlum olmayan mənbədən nömrəsi silinmiş, “Makarov” tipli tapança ilə noyabrın 30-da Abşeron rayonu, Xırdalan şəhəri, H.Turabov küçəsinin ərazisində Əliyev Səbuhi Camal oğlunun idarə etdiyi “Toyota Prius” markalı, 99-ST-608 dövlət qeydiyyat nişanlı avtomobilə 4 dəfə atəş açıb.

Daha sonra S.Osmanlı saxlanılıb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) və 228.1-ci (Qanunsuz silah saxlama) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki