image-qanunla-reklam
image-65c2eafc-7514-3f38-8b39-83d9ff3ed002_850

XİN başçısı: “ABŞ və Aİ Gürcüstanın bölgədə sülh təşəbbüsünü dəstəkləyir”

image-lady-day-az

“Gürcüstanın Cənubi Qafqazda sülh təşəbbüsünə ABŞ və Avropa İttifaqı tərəfindən aydın və güclü dəstək var”.

Bunu ölkənin xarici işlər naziri David Zalkaliani deyib.

Onun sözlərinə görə, sülh təşəbbüsü Cənubi Qafqazda vasitəçilik prosesinin gücləndirilməsi, həmçinin bölgədə konkret önəmli iqtisadi layihələrin həyata keçirilməsi deməkdir: “Biz bu formatda logistika, nəqliyyat sahələrində əməkdaşlığın inkişafı, xalqlararası, mədəni münasibətlər, humanitar məsələləri nəzərdən keçiririk”.

D.Zalkaliani qeyd edib ki, təşəbbüslə bağlı yaxın zamanlarda ekspertlərin görüşü keçiriləcək və məsələ yüksək səviyyələrdə də müzakirə olunacaq: “Bu proses beynəlxalq tərəfdaşlarımızın iştirakı ilə də mütləq davam etdiriləcək”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki