image-qanunla-reklam
image-1711967397_e9b1e266-6eb3-4ee7-b1d4-22d541f687f1

Xətai rayonunda “ağac ƏKİŞDİRMƏ aksiyası” – FOTO

image-lady-day-az

Hələ icra başçısının müavini işlədiyi zamanlardan “yaşıllıq qənimi” adı ilə yerli mətbuatda “məşhur olan” Xətai rayon icra hakimiyyətinin başçısı Rafiq Quliyev, deyəsən ona məşhurluq gətirən bu “titulu” əlindən buraxmaq istəmir. İllərdir ki, bu ləqəbi ona qazandıran fəaliyyətini davam etdirir.

Cəmi iki gün əvvəl Xətai rayon icra hakimiyyətinin rəsmi facebook səhifəsində “8 noyabr” prospektində ağacəkmə aksiyası keçirildiyi barəsində məlumat paylaşılıb və həmin paylaşımda həmişə olduğu kimi, bu dəfə də “pərdədən istifadə olunub”.

Belə ki, rayon rəhbərliyi ölkə başçısının müvafiq sərəncamına diqqət çəkərək, 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini vurğulayıb və bununla da özlərini ölkə başçısının bütün tapşırıqlarını “layiqincə icra edən” qurum kimi göstərməyə çalışıb.

Lakin, “DogruXeber.az” olaraq, məlum aksiya ilə eyni vaxtda Əhmədli Metrostansiyasının üstündə – yaşıllıq zolağında aparılan işləri diqqətinizə çatdırmaq istəyirik.

Xətai rayonunda "ağac  ƏKİŞDİRMƏ  aksiyası" - FOTO

Xətai rayonunda "ağac  ƏKİŞDİRMƏ  aksiyası" - FOTO

Xətai rayonunda "ağac  ƏKİŞDİRMƏ  aksiyası" - FOTO

Xətai rayonunda "ağac  ƏKİŞDİRMƏ  aksiyası" - FOTO

Xətai rayonunda "ağac  ƏKİŞDİRMƏ  aksiyası" - FOTO

Xətai rayonunda "ağac  ƏKİŞDİRMƏ  aksiyası" - FOTO

Gördüyünüz kimi çoxillik yaşıllıq ağaclarına ziyan vurmaqla iaşə obyektinin inşası aparılır.

Hər kəsə məlumdur ki, Həzi Aslanov və Əhmədli metrostansiyalarının üstündəki yaşıllıq zolaqları zaman-zaman məhv edilərək, iaşə obyektləri ilə əvəz olunub. Qalan 5-10 ağacın taleyi isə göz qabağındadır.

İqlim dəyişikliyi və yaxın gələcəkdə gözlənilən su qıtlığı ilə bağlı dünyanın həyəcan təbili çaldığı, yaşıllıqları qorumaq üçün bütün mümkün vasitələrdən istifadə etməyə çalışdığı bir zamanda, Xətai rayon icra hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi əlbir olaraq, nələrsə qarşılığında şəhər camaatının “nəfəsini kəsirlər”.

Qeyd edək ki, Xətai rayonunda aparılan qanunsuz tikintilər barəsində də “DogruXeber.az” informasiya portalında bir neçə məlumatlar yayımlanıb.

Görünür, sözügedən rayonun rəhbərliyi, ARXKOM və digər aidiyyatı qurumlar şəxsi maraqlar xatirinə əlbir olaraq, insanların həyatı ilə “çilingağac” oynamaqda davam edirlər.

Mövzunu davam etdirəcəyik.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki