image-qanunla-reklam
image-belarus-ordu

Xerson azad edilən kimi Belarus zərbə endirəcək

image-lady-day-az

Ukrayna qoşunları Xersonu azad etdikdən sonra Belarus şimaldan Ukraynaya zərbə endirə bilər.

Qanunla.Az xəbər verir ki, bunu ukraynalı politoloq və iqtisadçı Oleq Soskin deyib.

“Mən 2014-cü ildə demişdim ki, bu, müharibədir və 10 il davam edəcək. Məlum oldu ki, müharibənin birinci mərhələsi 8 il davam edib. İndi ikinci mərhələ başlayıb. Onun da 10 il çəkəcəyini gözləmək lazımdır. Belarus müharibəyə girməlidir. Çünki Ukrayna Xersonu azad edəndə Putin Lukaşenkoya Kiyevə şimaldan hücuma başlamağı əmr edəcək”, – Soskin bildirib.

Ekspert xatırladıb ki, Putinin məqsədi vahid qrup yaratmaqdır:

“Putinin məqsədi vahid qrup yaratmaqdır. Vahid hərbi qüvvələrin yaradılması haqqında qərar buna görə qəbul edilib. 2023-cü ilin fevral ayının sonuna qədər onların sayı 120 min olacaq. Amma bu qruplaşmanın hara – Polşa, Litva, Latviyaya gedəcəyi sual altındadır. Bu qruplaşmanın NATO ilə mübarizə aparacağı istisna deyil. Bəs NATO necə mübarizə aparacaq? Əgər onlar şəhərlərə girsələr, onları necə məhv etmək olar? Biz buna hazırıq. Ukrayna artıq hər şeydən keçib, onları məhv edə bilər. Bəs bu ordu ora getməyə hazırlaşırsa?..”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki