image-qanunla-reklam
image-800px-azerbaijani_people_celebrating_victory_in_karabakh-_bulbul_avenue2

Xalqı birləşdirən Qələbə

image-lady-day-az

 Xalqı birləşdirən Qələbə

Xalqımız mərd, məğrur insanları ilə qürur duyur və illər, əsrlər boyu bu xatirələrdə, əsərlərdə yaşanılacaq. Bir dastana, eposa çevriləcək. Hər bir vətən oğlu qəhrəman övlad kimi gələcək nəsillərə nümunə olaraq təqdim ediləcəkdir. 27 sentyabr 2020-ci ildə Azərbaycan xalqı, dövləti və ordusu elə bir tarix yazdı ki, bu, bütöv bir millətin ləyaqət rəmzinə, milli qeyrət nümunəsinə çevrildi. Biz heç nəyi unutmadıq, unutmadıqca da möhkəmləndik, gücləndik və nəhayət, dünyanın illərdir göz yumduğu ədalətsizliyi özümüz təkbaşına aradan qaldırdıq. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan xalqı 30 illik mərhumiyyətə cəmi 44 günə son qoydu. Tariximizdə yeni səhifə yazıldı. Vətən müharibəsi Azərbaycan xalqının Zəfər məramına, milli kimlik mücadiləsinə, torpaq və Vətən sevgisinə şahidlik etdi. Tarixi torpaqlarımızı 30 ildir işğal altında saxlayan Ermənistanın hərbi təxribatları müntəzəm xarakter alanda Azərbaycan cavab vermək məcburiyyətində qaldı. Şanlı aprel döyüşlərindən sonra dərs almayan Ermənistan rəhbərliyi ötən ilin iyul və avqust aylarında yenidən hərbi təxribatlara əl atanda yəqin düşünürmüş ki, bu, onlara itirilmiş ictimai nüfuzu qaytaracaq və yaxud Azərbaycan üzərində kiçik qalibiyyət belə onlara erməni cəmiyyətindəlovğlanmaq üçün bir xeyli vaxt qazandıracaq. Amma bu dəfə onların fikirləşdiyi kimi olmadı, Vətən müharibəsi Ermənistanın siyasi konyukturasının bütün mənfur planlarını alt-üst etdi, 27 sentyabr tarixi onların dırnaqarası arzularının tükənən günü oldu. Azərbaycan xalqıöz Prezidentinin ətrafında sıx birləşməklə bütün dünyaya sübut etdi ki, Qarabağ millətimizin milli ləyaqət rəmzidi və Azərbaycan xalqı 30 ildə bir an da olsun Qarabağ arzusundan bir addım geri çəkilməyib. Prezident İlham Əliyevin həyata keçirdiyi millət quruculuğu prosesi ona gətirib çıxardı ki, Xalq-Prezident-Ordu birliyi qalib gəldi, düşmən 30 ildir Vətən müharibəsi bir xalq kimi bizim gücümüzü göstərdi, Azərbaycanın bir dövlət kimi potensialını nümayiş etdirdi. Bu müharibədə Azərbaycan xalqı da, dövləti də Qarabağın işğaldan azad olunması ilə bağlı var-qüvvəsini ortaya qoydu. Əsgər və zabitlərimiz döyüş tapşırıqlarını şərəflə yerinə yetirdi, strateji yüksəklikləri götürərək daha əlverişli mövqelərə sahib oldu. Bütün dünya gördü ki, 30 il ərzində Ermənistan rəhbərliyi “güclü ordusu” haqqında uydurmalar ortalığa atanda, “yenilməz Ermənistan ordusu” barədə miflər yaradandaAzərbaycanda dünya standartlarına uyğun ordu yaradılıb və bu ordunun gücü döyüş meydanında göründü. Baxmayaraq ki, biz 30 il səbrlə gözləmişdik. Danışıqlar prosesinə sadiq qalmışdıq. Bütün bunlar münaqişənin dinc yolla, müharibəsiz həllinə hesablanmışdı və Azərbaycan hər dəfə status-kvonun dəyişdirilməsinin vacibliyini vurğulayanda məqsəd münaqişəsinin fəal hərbi əməliyyatlar mərhələsinə keçməsinin qarşısını almaq idi.Ancaq ermənilərin illərlə qoruyub saxladığı həmin status-kvo bir neçə günün içində darmadağın oldu. Təmas xətti yarıldı və rəşadətli Azərbaycan ordusu torpaqlarımızı düşmən tapdağından xilas etdi.

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki