image-qanunla-reklam
image-1670050910_e7bf446d-0890-3826-acae-d3f860c3765f_850

Xaçmazda 22 min manatlıq oğurluq edənlər tutuldu

image-lady-day-az

Xaçmazda sağlamlıq mərkəzi və evlərdən 22 000 manatlıq oğurluq edilib.

Bu barədə “Qanunla.az”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı oğurluq hadisələrini törətməkdə şübhəli bilinən rayon sakini Cəlal Cəfərov saxlanılıb.

Həmin şəxs əvvəlcə rayon ərazisində fəaliyyət göstərən sağlamlıq mərkəzindən ümumi dəyəri 10 000 manat edən müxtəlif növ dəmir borular, təmir-tikinti alətləri, dam örtükləri və elektrik avadanlıqlarını oğurlayıb.

Bundan başqa, Cəlal Cəfərov gizli talama məqsədi ilə fərdi yaşayış evinə girərək oradan ümumi dəyəri 10 200 manat dəyərində olan musiqi aləti, xalçalar, qızıl-zinət əşyası, su qızdırıcısı və s oğurlayıb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri zamanı rayon sakini Ramil Sultanov saxlanılıb.

Həmin şəxs özgənin əmlakını gizli talamaq məqsədi ilə fərdi yaşayış evinə girərək oradan ümumi dəyəri 1890 manat dəyərində müxtəlif növ məişət əşyaları oğurlayıb.

Faktlarla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki