image-qanunla-reklam
image-1694063127_que-ver-venecia

Venesiyaya giriş ödənişli olacaq

image-lady-day-az

vropanın ən məşhur turizm şəhərlərindən biri olan Venesiya ziyarətçilərdən giriş haqqı tələb etməyə başlayacaq.

Qanunla.az CNN-ə istinadən xəbər verir ki, turist vergisi 5 avro təşkil edəcək.

5 avroluq ödəniş 2024-cü ilin yazından qüvvəyə minəcək və “pik günlərdə” (məsələn, məşhur karnaval zamanı) Venesiyaya gələn ziyarətçilər üçün məcburi olacaq.

Venesiya hakimiyyəti rüsumun ilk olaraq 30 günlük təcrübənin bir hissəsi kimi tətbiq ediləcəyini bildirib. Tədbir uğurlu hesab edilərsə, o, daimi olaraq təsdiqlənəcək. Venesiya meriyası turistlərdən gündəlik ödəniş tələb etmək əvəzinə, şəhərə giriş üçün pul ödəməli olduğunuz ən sıx günləri müəyyən edəcək. Bu, “müəyyən dövrlərdə bir günlük turizmin həcmini azaltmaq” üçün edilir.

Ödəniş Venesiyanın “köhnə şəhəri”ni ziyarət edən 14 və daha yuxarı yaşda olan turistlərə şamil ediləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki