image-qanunla-reklam
image-225043_8d1dbkhgcn

Ulu Öndər Heydər Əliyevin xalq qarşısında tarixi xidmətlərindən biri

image-lady-day-az

Ulu Öndər Heydər Əliyevin xalq qarşısında tarixi xidmətlərindən biri.

Müasir Azərbaycan tarixinin böyük bir hissəsi, önəmli bir mərhələsi Ulu Öndər Heydər Əliyevin adı və titanik fəaliyyəti ilə bağlıdır.Ümummilli lider Heydər Əliyevin Azərbaycana 34 illik rəhbərlik dövrü Azərbaycan tarixinin ən mühüm inkişaf mərhələsi olmuşdur. Azərbaycanın bugünkü uğurları Heydər Əliyev strategiyasının təntənəsidir. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı işğaldan azad edərək Ümummilli lider Heydər Əliyevin ən böyük arzusunu yerinə yetirdi.
90-cı illərdə SSRİ-nin dağılması nəticəsində yaranmış tarixi şansdan yararlanaraq dövlət müstəqilliyimiz yenidən bərpa olundu. Lakin müstəqilliyin ilk illərində  Azərbaycan çox çətin sınaqlardan keçirdi. Belə ki, cəbhədəki məğlubiyyətlər, separatçı və anti-milli qüvvələrin güclənməsi və daxildəki hakimiyyət üstündə çəkişmələr ölkəni xaos, anarxiya və vətəndaş müharibəsinə sürükləyirdi. Belə bir təhlükə və faciənin qarşısını almaq üçün xalq özünün xilaskarını ikinci dəfə hakimiyyətə dəvət etdi. 1993-cü ilin 15 iyunu Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı və xalq bu günü hər il Milli Qurtuluş Günü kimi bayram edir.
Ulu öndər Heydər Əliyevin “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.”- təklifi hələ 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapmışdı. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ümummilli lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorudu. Ulu öndərin Azərbaycan xalqı qarşısında misilsiz tarixi xidmətlərindən biri də qanunun aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğu və ədalətli iqtisadi və sosial qaydalara uyğun olan, hamının layiqli həyat səviyyəsini reallaşdıran və müasir dövrün tələblərinə cavab verən yeni Konstitusiyanın hazırlanıb qəbul edilməsi oldu. Beləliklə, milli maraqları, mənəvi dəyərləri, bütün cəmiyyətin və hər kəsin firavanlığını, insanların hüquq və azadlıqlarınının təminatçısı olan yeni Konstitusiya 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edildi.
Ümummilli lider bir sıra beynəlxaq mükafatlar, dünyanın nüfuzlu universitetlərinin fəxri adları, müxtəlif ölkələrin medal və ordenləri ilə təltif edilmışdir. Ən məhşur tanınmış siyasətçilərin reytinqinin müəyyənləşdirilməsi üçün aparılmış beynəlxalq sorğularda Heydər Əliyevin adını həmişə birincilər sırasında görməyimiz onun siyasətdə, həyatda qazandığı uğurların bir növ təsdiqi idi. Bütün bu titul və mükafatlar ulu öndərin xalqı və ölkəsi qarşısında gördüyü əvəzsiz xidmətləri, özünün gələcək nəsillərə nümunə olacaq həyat fəaliyyəti, Azərbaycana rəhbərlik etdiyi dövrlərdə müstəqillik və demokratiya yolunda qazandığı uğurların məntiqi nəticəsidir.
Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş, balanslaşdırılmışhəm xarici siyasət, 44 gün davam edən Vətən MüharibəsindəŞanlı Ordumuzun parlaq qələbəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi, ölkədə həyata keçirilən siyasi və iqtisadi islahatlar, sosial-iqtisadi sahədə, eyni zamanda beynəlxalq əməkdaşlıq sahəsində əldə olunan uğurlar nəticəsində, Azərbaycan dünyaya Günəş kimi doğmuşdur.

Zərdab rayon Hüseynxanlı kənd ümumi orta məkltəbin direktoru-Məkkə Həmidova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki