image-qanunla-reklam
image-_1582272117

Ulu Öndər Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi

image-lady-day-az

Ulu Öndər Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi

3 oktyabr 1993-cü il təqvimi müstəqil Azərbaycanın tarixində bir dönüş nöqtəsi, yeni mərhələnin başlanğıcı oldu. Bunu davamlı sabitliyin, əmin-amanlığın, inkişaf edən dövlətin qurulması mərhələsi adlandıra bilərik. Xalq öz xilaskarını 3 oktyabr 1993-cü il tarixində yekdilliklə ölkə Prezidenti seçdi. Məhz bu gündən etibarən qüdrətli Azərbaycanın təməli qoyulmuş oldu.

Ölkəmiz müstəqilliyinin ilk illərində səriştəsiz və naşı rəhbərlər üzündən çox böyük problemlərlə qarşılaşmalı oldu. Əgər həmin dövrlərdə ölkəyə məhz Ulu Öndər Heydər Əliyev rəhbərlik etmiş olsaydı xalqımız qan-qada, müharibə, ağır problemlər yaşamazdı. Prezident seçildikdən sonra Ulu Öndər ilk növbədə ölkədə ictimai-siyasi sabitliyi təmin etdi. Dövlət çevrilişlərinin qarşısı alınaraq ölkə vətəndaş müharibəsi təhlükəsindən xilas edildi.  Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilməyə başlanıldı. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərkən andiçmə mərasimindəki nitqində söyləmişdi: “Mən ömrümün qalan hissəsini xalqıma bağışlayıram.” Ulu Öndər öz əməli fəaliyyəti, misilsiz xidmətləri  ilə ömrünü xalqına, müstəqil Azərbaycana həsr etdiyini sübut etdi. Memarı və xilaskarı olduğu müstəqil Azərbaycan artıq öz ərazi bütövlüyünü təmin etmiş güclü dövlətdir.

Bu gün Ulu Öndərin ruhu şaddır. Çünki dahi şəxsiyyətin əsas amalı işğalda olan torpaqlarımızın azad edilməsi idi. Xalqımız və dövlətçiliyimiz naminə misilsiz xidmətləri olan Ümummilli lider Heydər Əliyev millətin məhəbbətini qazanaraq Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi yaşayacaqdır.

 

Kamal Xəlilov Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki