image-qanunla-reklam
image-1672313631-china-anti-access-missile-2

Ukraynaya məxsus raket Belarusa düşdü

image-lady-day-az

Ukraynaya məxsus S-300 raketi dekabrın 29-da Belarus ərazisinə düşüb. 

Qanunla.Az xəbər verir ki, bu barədə BELTA agentliyi məlumat yayıb.

Günorta saatlarında baş verən hadisə ilə bağlı dərhal dövlət başçısı Aleksandr Lukaşenkoya məlumat verilib.

Agentliyin məlumatına görə, iki versiya nəzərdən keçirilir: “Polşadakı son insidentə bənzər raket Belarus ərazisinə düşüb və raket respublikanın hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti nəticəsində vurulub”.

Belarus Müdafiə Nazirliyindən hələlik insidentlə bağlı şərh verilməyib. Hadisə yerində İstintaq Komitəsinin, Daxili İşlər Nazirliyinin və müdafiə idarəsinin mütəxəssisləri işləyir.

Hazırda zərərçəkənlər barədə məlumat yoxdur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki