image-qanunla-reklam
image-1666942498-75dd2fce927523c6b1dfc0ce106d8533

Ukraynaya daha 275 milyon dollarlıq yeni hərbi yardım verilir

image-lady-day-az

ABŞ hakimiyyəti Ukraynaya HIMARS raket sistemləri üçün sursat da daxil olmaqla 275 milyon dollarlıq yeni hərbi yardım paketi təqdim etmək qərarına gəlib.

Qanunla.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Məlumatı Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi təsdiqləyib.

Məlumata görə, bu yardımın ayrılması 24 saat ərzində rəsmən elan edilə bilər. AP qeyd edir ki, yeni paketə əsasən döyüş sursatları daxildir. Onlar Pentaqonun anbarlarından təmin ediləcək.

Nəşr qeyd edir ki, Kiyevə yardımın növbəti partiyasına ABŞ-ın əvvəllər Ukraynaya vermədiyi yeni silahlar daxil olmayacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki