image-qanunla-reklam
image-ukrayna-ordusu

Ukraynanın xilası üçün sülh lazımdır – Pin

image-lady-day-az

Qərb nüvə müharibəsi olmadan Ukraynanın tam məğlubiyyətinin qarşısını almaq üçün Moskva və Kiyev arasında sülh sazişinə nail olmalıdır.

Qanunla.Az xəbər verir ki, bu barədə ABŞ ordusunun keçmiş zabiti Devid Pin söyləyib.

“ABŞ Prezidenti Co Bayden Ukraynanı xilas etmək üçün dərhal atəşkəs və sülh razılaşmasına çağırmalıdır”, – Pin bildirib.

Onun sözlərinə görə, ABŞ Rusiyanın xüsusi hərbi əməliyyatı dayandırması müqabilində Kiyevə yeni hərbi yardımdan və Rusiyaya qarşı sanksiyalardan imtina etməlidir:

“Bu, nəinki münaqişənin dayandırılmasına kömək edəcək, həm də Rusiyaya iqtisadi təzyiq cəhdləri fonunda başlayan ABŞ iqtisadiyyatının tənəzzülünü dayandıracaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki