image-qanunla-reklam
image-1

Ukraynanın minalanmış limanlarında Azərbaycan gəmiləri qalıb? – AÇIQLAMA

image-lady-day-az

Beynəlxalq Dəniz Təşkilatının dəniz təhlükəsizliyi üzrə xüsusi müşaviri Piter Adams Bloomberg-ə müsahibəsində bildirib ki, Ukrayna limanlarında 80-dən çox gəmidə 450-yə yaxın xarici dənizçi qalıb. Bildirilib ki, onların üçdə biri Filippindən, əhəmiyyətli hissəsi Türkiyə, Suriya və Azərbaycandandır.
Bəs Ukrayna limanlarında Azərbaycan gəmilərindən qalan varmı?

Qanunla.az-ın məlumatına görə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) mətbuat katibi Mehman Mehdiyev AzVision.az -a açıqlamasında bildirib ki, qeyd olunan ərazidə Azərbaycanın gəmisi yoxdur:

“Ukraynadakı hadisələrlə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) Qara və Azov dənizində istismar edilən gəmilərin və onların heyət üzvlərinin təhlükəsizliyinə dair fevralda qərar qəbul edib. Bu qərara əsasən, gəmilərimiz daha təhlükəsiz ərazilərdə fəaliyyətlərini davam edirdilər. Bu baxımdan ASCO gəmilərindən və gəmiçilərindən hər hansı biri qeyd olunan ərazidə yoxdur ”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki