image-qanunla-reklam
image-1663392601-xxxx

Ukraynanın bu şəhəri işğaldan AZAD EDİLDİ

image-lady-day-az

Ukrayna hərbçiləri Xarkov vilayətinin Kupyansk şəhərini tamamilə azad edib. Rusiya qoşunu şəhərin sol hissəsindən çıxarılıb.

“Qanunla.az” “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə KRAKEN (Ukraynanın könüllü hərbi birliyi, 24 fevral 2022-ci ildə, Rusiyanın Ukraynanya hücum etdiyi gün yaradılıb-red) hərbi bölməsinin komandiri Sergey Veliçko bildirib.

“Yaxşı əlaqələndirilmiş hərəkətlər nəticəsində KRAKEN bölüyü Oskol çayını uğurla keçdi və bu, qüvvələrimizə düşməni şəhərin sol sahilindən çıxarmağa imkan verdi”, – Veliçko qeyd edib.

S.Veliçko əlavə edib ki, Oskolun sol sahilində Ukrayna hərbçilərinin əks-hücum əməliyyatı uğurla davam edir.

Qeyd edək ki, şəhərin bir qisminin azad olunması barədə ilk məlumat sentyabrın 10-da yayılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki