image-qanunla-reklam
image-1694682928-default

Ukraynalı xakerlər Ermənistan banklarından külli miqdarda pul çıxardı

image-lady-day-az

Ukraynalı xakerlər Ermənistan banklarından 128 milyon 591 min dram (təxminən 566 min manat) çıxarıb. 

“Qanunla.az” xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin Baş İdarəsi məlumat yayıb.

Daha sonra pullar xarici valyutaya çevrilərək elektron ödəniş sistemləri vasitəsilə Ukraynaya köçürülüb.

Qeyd olunub ki, şəbəkənin üzvlərindən biri həbs edilib. Qrupun digər üzvləri ilə bağlı araşdırmalar davam etdirilir. Onlar barəsində beynəlxalq axtarış elan edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki