image-qanunla-reklam
image-korabl-razoni

Ukrayna taxılı olan ilk gəmi artıq Odessadan yola düşüb – FOTO

image-lady-day-az

Ukrayna taxılı olan ilk gəmi artıq Odessadan yola düşüb.

Bu barədə Türkiyənin CNN telekanalı öz mənbələrinə istinadla məlumat yayıb, ancaq xəbər hələlik Türkiyə Müdafiə Nazirliyi tərəfindən təsdiqlənməyib.

Bundan əvvəl Türkiyənin hərbi qurumu Birgə Koordinasiya Mərkəzinə istinadən bildirmişdi ki, taxılla yüklənmiş ilk gəmi bazar ertəsi səhər Odessadan yola düşəcək.

“Qarğıdalı ilə yüklənmiş Syerra-Leone bayraqlı “Razoni” gəmisinin yerli vaxtla saat 08:30-da (Bakı vaxtı ilə 09:30-da) Odessa limanını tərk edərək Livana getməsi barədə razılıq əldə olunub”, – qurumdan qeyd olunub.

Məlumata görə, Ukrayna taxılının daşındığı ilk karvan 16 yük gəmisindən ibarət olacaq. O, avqustun 3-də Türkiyənin ərazi sularına daxil ola bilər. Karvanı pilotsuz təyyarələr müşayiət edəcək. Bundan əlavə, taxıl daşıyan gəmilərin keçidi İstanbulda Birgə Koordinasiya Mərkəzi nümayəndələri tərəfindən peyklər vasitəsilə izlənəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki