image-qanunla-reklam
image-1669791018-rusijos-briansko-mieste-liepsnoja-naftos-baze-90049493

Ukrayna Rusiyanın neft çənlərini VURDU

image-lady-day-az

Rusiyanın Bryansk vilayətində dizel yanacağı olan çənlər yanıb. 

“Qanunla.az” Rusiyanın fövqəladə hallar xidmətinə istinadən xəbər verir ki, Suraj rayonunda baş verən yanğının sahəsi dörd min kvadratmetrə qədər artıb.

Yanğına üçüncü mürəkkəblik dərəcəsi verilib. Hazırda yanan çənlərin yanında yerləşən digər yanacaq çənlərinin soyudulması işləri aparılır.

Qeyd olunub ki, hadisəyə səbəb pilotsuz uçuş aparatından atılan bomba olub.

Bölgənin qubernatoru Aleksandr Boqomaz yanğının lokallaşdırıldığını bildirib.

Zərərçəkənlər barədə məlumat daxil verilmir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki