image-qanunla-reklam
image-1667806540_1658126736_thumbs_b_c_59763ed477c92d4c3a91fb4a4f93e528

Ukrayna Rusiyanın itkilərini AÇIQLADI

image-lady-day-az

Son sutkada Ukraynada Rusiyanın 530 canlı qüvvəsi zərərsizləşdirilib.

“Qanunla.az” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumat yayıb.

Bildirilib ki, Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 76 460 hərbçisi məhv edilib.

Qeyd olunub ki, indiyədək Rusiya Silahlı Qüvvələrinin 2771 tankı, 5630 zirehli maşını, 1472 operativ-taktiki PUA-sı, 1782 artilleriya sistemi, 399 reaktiv yaylım atəşi sistemi, 202 hava hücumundan müdafiə sistemi, 277 təyyarəsi, 260 helikopteri, 4199 avtomobil və tankeri, 157 xüsusi texnikası məhv edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki