image-qanunla-reklam
image-1655187891_617663image1

Ukrayna Rusiyanın hərbi itkilərinin sayını açıqladı

image-lady-day-az

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı məlum olub.

Qanunla.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 32 500 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 1 434 ədəd tankı, 3 503 ədəd zirehli döyüş maşını, 721 ədəd artilleriya sistemi, 229 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 97 hava hücumundan müdafiə sistemi, 213 ədəd hərbi təyyarəsi, 179 ədəd helikopteri, 2 473 ədəd nəqliyyat vasitəsi və avtoçən, 13 ədəd gəmi-kateri, 588 ədəd dronu, 125 qanadlı raket və 54 ədəd xüsusi texnikası məhv edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki