image-qanunla-reklam
image-1660651842-1651122894_1651120048_ukraine-soldier-ap-jt-220406_1649265874198_hpmain_16x9_1600

Ukrayna ordusu üç yaşayış məntəqəsini AZAD ETDİ

image-lady-day-az

Ukrayna Ordusu Donetsk vilayətində və ölkənin cənubunda üç yaşayış məntəqəsini işğalçılardan azad edib.

“Qanunla.az” xəbər verir ki, bu barədə Prezident Vladimir Zelenski videomüraciətində bildirib.

“Bazar günü olsa da, müharibədə istirahət günləri yoxdur. Silahlı Qüvvələrin Ali Baş Komandanı, əməliyyat rayonlarının komandirləri və kəşfiyyat rəhbəri hesabat veriblər. Yaxşı hesabatlar var idi. Bu gün mən Donetsk vilayətində nəticəni təmin edən 103-cü müdafiə briqadasının 63-cü batalyonunun döyüşçülərinə təşəkkür etmək istəyirəm. Qəsəbə azad edilib. Cənubda iki yaşayış məntəqəsi də azad edilib”,- deyə Zelenski bildirib.

Onun sözlərinə görə, Lisiçansk – Seversk istiqamətində 54-cü briqada da yaxşı addımlar atıb, müəyyən yüksəkliklər tutulub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki