image-qanunla-reklam
image-1661346441-1645097453-2902

Ukrayna Lukaşenkonu “qana bulaşmış təlxək” adlandırdı

image-lady-day-az

Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak Belarus prezidenti Aleksandr Lukaşenkonun Ukraynaya “dinc səma” arzularını təlxəklik hesab edib və onu “qana bulaşmış təlxək” adlandırıb. 

Qanunla.Az xəbər verir ki, bu barədə o, “Twitter”də Lukaşenkonun Ukraynanın Müstəqillik Günü münasibətilə təbrikini şərh edərkən yazıb.

“Görünür, Lukaşenko həqiqətən də inanır ki, dünya onun Ukraynaya qarşı cinayətlərdə fəal iştirakını hiss etmir. Buna görə də o, həyasızcasına “dinc səma” arzulayır, bizə ölümcül raketlər atır. Bu qana bulanmış təlxəkliyin spesifik nəticələri qeydə alınıb”, – Prezident Aparatı rəhbərinin müşaviri bildirib.

Xatırladaq ki, Aleksandr Lukaşenko ukraynalıları Müstəqillik Günü münasibətilə təbrik edib və onlara “dinc səma” arzulayıb.

Onun sözlərinə görə, “Belarus qonşu ölkə ilə dostluq əlaqələrinin saxlanmasının tərəfdarı olmaqda davam edəcək”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki