image-qanunla-reklam
image-1671430014_image_750x_639ffaeeacf82

“Ukrayna bu müharibədə qalib gəlməlidir” – AP prezidenti

image-lady-day-az

“Bütün dünyanı Ukraynaya daha çox hərbi, maliyyə və humanitar yardım göstərməyə çağırıram”. 

“Qanunla.az”  xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa Parlamentinin prezidenti Roberta Mezzola deyib.

“Bu müharibə təcili dayandırılmalıdır. Ukrayna isə bu müharibədə qalib gəlməlidir”, – Metzola bildirib.

Onun sözlərinə görə, bu, “Ukrayna üçün daha çox silah, daha çox maliyyə və humanitar yardım, daha çox praktik həmrəylik və Rusiyaya qarşı daha çox sanksiyalar” deməkdir.

“Ukraynanın silaha ehtiyacı var və Avropa onları təmin etməklə kömək edə bilər”, – Metzola vurğulayıb.

Bundan əlavə, Avropa Parlamentinin sədri Ukraynaya qarşı hərbi cinayətləri araşdırmaq üçün xüsusi tribunalın yaradılmasını istəyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki