image-qanunla-reklam
image-1666858109-upload-rian_8261140-hr-pic4_zoom-1500x1500-74593

“Ukrayna ABŞ-ın böyük oyununda sövdələşmə obyektidir” – Medvedev

image-lady-day-az

“Ukrayna Amerikanın böyük oyununda sövdələşmə obyektidir”.

Qanunla.az gazeta.ru-ya istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Telegram” kanalında yazıb.

Medvedev gələn ay ABŞ-da seçkilərin keçiriləcəyinə diqqət çəkib.

“ABŞ prezidenti Co Baydenin hazırkı komandası üçün, eləcə də onların respublikaçı rəqibləri üçün valyuta əslində birdir – onlara lazım olmayan mifik Ukrayna vətəndaşlarının həyatıdır.  Ukraynalılar Amerikanın böyük oyununda sövdələşmə obyektidir”, – Rusiya Təhlükəsizlik Şurasının sədr müavini yazıb.

Medvedevin sözlərinə görə, “siyasətçilər həm də Amerika silahlarının sonsuz tədarükü üçün ukraynalıların həyatı ilə ödəyirlər”.

“İnsanlarımız da əziyyət çəkir. Ancaq yeganə fərq odur ki, xalqımız qisas alacaq”, – Medvedev əlavə edib.

Bildirək ki, ABŞ Senatına seçkilər bu il noyabrın 8-də keçiriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki