image-qanunla-reklam
image-1665645740-242474-07-copy

“Üçüncü dünya müharibəsi ola bilər” – Lukaşenko

image-lady-day-az

Qərb ölkələrinin başqa ölkələrdə dövlət çevrilişləri təşkil etmək təcrübəsi, eləcə də sanksiya siyasəti üçüncü dünya müharibəsi risklərini daşıyır. 

“Qanunla.az” xəbər verir ki, bunu oktyabrın 13-də Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) sammitində çıxış edən Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

“Qərb 1991-ci ildə SSRİ-nin dağılmasından sonra dünyada sabitliyin təminatçısı funksiyasının öhdəsindən gələ bilməyib”, – Belarus lideri əlavə edib.

Lukaşenkao onu da deyib ki, Belarus postsovet məkanında nüvə silahına malik olmaqdan könüllü imtina edən ölkələrdən biri idi: “Bunun müqabilində nə əldə etdik? Real beynəlxalq hüquqi təminatlar əvəzinə Budapeşt memorandumu kimi boş, dəstəklənməyən bəyannamələr”, – Belarus prezidenti vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki