image-qanunla-reklam
image-media-bbb2-sr91yum2z6t3v0xpaq4o-620x400

Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu bir qüllə atılmadan Azərbaycana təhvil verilmişdir

image-lady-day-az

10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu bir qüllə atılmadan Azərbaycana təhvil verilmişdir

İkinci Qarabağ müharibəsi Azərbaycanın şanlı Qələbəsi ilə başa çatmaqla çoxəsrlik tariximizin heç zaman unudulmayacaq səhifəsini yazdı.  Azərbaycanın siyasi qələbəsinin  və Ermənistanın məğlubiyyətinin təsdiqi olan 10 noyabr birgə Bəyanatında  Ermənistan silahlı qüvvələrinin  Kəlbəcər, Ağdam  və Laçın rayonlarının ərazilərini qeyd-şərtsiz tərk etmələri öz əksini tapdı. Beləliklə, Azərbaycan 30 ilə yaxın erməni işğalı altında qalan tarixi torpaqlarını öz gücü və əzmi ilə azad etdi. Regionda işğal siyasəti başda olmaqla ekoloji və mədəni terrora da son qoyuldu. Düşmən işğal müddətində Kəlbəcər şəhərini və rayonun yaşayış məntəqələrini talayıb, darmadağın edib, tarixi, mədəni, dini abidələr, qəbiristanlıqlar yer üzündən silinib. Kəlbəcər də daxil olmaqla bizim digər tarixi torpaqlarımızda günahsız insanları öz doğma yurdundan vəhşicəsinə qovmaqla yanaşı həm də bu ərazilərdəki tarixi abidələrə və təbiətə də böyük ziyan vurmuşdur. Kəlbəcər rayonunun işğaldan azad olunduğu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi. Həqiqətən də Azərbaycan öz torpaqlarının işğaldan azad edilməsi üçün apardığı Vətən müharibəsində qazandığı tarixi Qələbəsi ilə bütün Qafqazı erməni faşizmindən xilas etdi. Bu Qələbə erməni faşizminin bütün bəşəriyyət üçün nə dərəcədə təhlükəli bir cərəyan olduğunu bütün dünyaya göstərdi.

 Fəal gənc-Qurbanov Samir


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki