image-qanunla-reklam
image-1660845312_af4d56460804f362c7a774d3e4a28e5d

Türkiyədən taxıl ixracı ilə bağlı HESABAT

image-lady-day-az

Taxıl müqaviləsi bağlanan tarixdən (1 avqust) Ukraynadan 625 min tondan çox taxıl daşınması həyata keçirilib.

“Qanunla.az” rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Ərdoğan Lvovda Ukrayna prezidenti Vladimir Zelenski və BMT-nin baş katibi Antonio Quterreşlə üçtərəfli danışıqların aparıldığı mətbuat konfransında danışıb.

Qeyd edilib ki, avqustun 1-dən indiyədək taxıl ixracına 43 gəmi cəlb olunub, onlardan 25-i Ukrayna limanlarını tərk edib, 18-i isə taxıl daşınması üçün Ukrayna limanlarına yola düşüb.

Daşınma Ukraynanın üç limanı – Odessa, Çornomorsk və Yujnıdan humanitar dəhlizlə həyata keçirilir. Gəmilərin hərəkətinə İstanbul Birgə Koordinasiya Mərkəzinin nümayəndələri nəzarət edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki