image-qanunla-reklam
image-media-1632750328_3247c129-dd77-3434-b2b0-6f7982f390d8_850-so63khebmv08ciz5xuly

Türkiyə son illər böyük uğurlu yol keçib, dünya çapında güc mərkəzinə çevrilib

image-lady-day-az

İkinci Qarabağ savaşında qazanılan Zəfər Türkiyə ictimaiyyətində Azərbaycana sevgini zirvələrə yüksəldib. 2020-ci sentyabrın 27-də işğalçı Ermənistanın növbəti hərbi təxribatları nəticəsində başlayıb 44 gün davam edən İkinci Qarabağ savaşında Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla qardaş dövlətin, onun hökumətinin və xalqının Azərbaycana göstərdiyi siyasi mənəvi dəstək yalnız işğal altındakı torpaqlarımızın azadlığının deyil, eyni zamanda, Türkiyənin qətiyyətli mövqeyinin təntənəsidir. Bütün dünya, eləcə də bölgəmizdə strateji maraqları olan bütün tərəflər bir daha əmin oldular ki, mövzu vətənin təhlükəsizliyi, torpaqların bütövlüyü, qardaş hüququnun qorunması olanda, belə məsələlər Türkiyədə müzakirə olunmur, yalnız qətiyyətli qərarlar qəbul edilir. Fəxrlə deyə bilərik ki, hazırda bölgəmiz bütün dünyada ikitərəfli və çoxşaxəli münasibətlərə örnək bir regionuna çevrilib. Türkiyə, dünyanın sənayeləşən ölkələr arasında görülür. Kənd təsərrüfatı məhsullarının, tekstil, nəqliyyat vasitələri, gəmilər və digər nəqliyyat avadanlıqları, tikinti materialları, istehlakçı elektronikası və sənaye, bankçılıq, nəqliyyat və rabitə sektorlarında hələ də dünyada  əhəmiyyətli bir rol gözlənilir. Yeni əməkdaşlıq tədbirləri Azərbaycan-Türkiyə münasibətlərinin hərtərəfli inkişafını təmin etməklə, hər iki qardaş ölkənin uğurlu gələcəyini təmin edəcək.

 

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki