image-qanunla-reklam
image-1671002240_foto

“Türk dünyası birləşir və güclənir” – Deputat

image-lady-day-az

“Türk dünyasının üç lideri bir araya gəlir. Türkiyə, Azərbaycan və Türkmənistan prezidentlərinin birinci Zirvə Görüşündə regional əməkdaşlıq məsələləri müzakirə ediləcək”.

“Qanunla.az” xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, Türk Dövlətləri Şurasının yaradılması, bu istiqamətdə aparılan müzakirələr təkcə Türkiyə-Azərbaycan deyil, eyni zamanda, Orta Asiya türk dövlətləri ilə Azərbaycan və Türkiyə arasında münasibətlərin yeni mərhələyə qədəm qoymasından xəbər verir:

“Bugünki sammit Azərbaycan, Türkiyə və Türkmənistan arasında üçtərəfli münasibətlərin dərinləşməsinə imkan verəcək. Türkmənistan strateji olaraq Azərbaycan və Türkiyə ilə əlaqələrin daha da gücləndirilməsində maraqlıdır. Azərbaycanla Türkmənistan arasında anlaşma var, həmin anlaşmaya əsasən, Türkmənistan mavi yanacağı İran vasitəsilə mübadilə formasında Azərbaycana təqdim edir. Müqaviləyə görə, illik iki milyard kubmetrədək qazın mübadiləsi nəzərdə tutulur. Türkmənistan qazı Azərbaycan və Türkiyə vasitəsilə Avropa ölkəsinə ixrac edilə bilər. Ona görə də qaz nəqli, bütövlükdə, Türkiyənin enerji ixracatında haba çevrilməsi indiki halda müzakirə edilən məsələdir. Bu sammit iqtisadi əlaqələri genişləndirməklə yanaşı, həm də enerji sahəsində yeni addımların atılmasına imkan yarada bilər. Nəqliyyat, logistika və beynəlxalq yük daşımalar da tərəflərin diqqət mərkəzində olan məsələlərdəndir. 1.2 trilyon nominal, 4 trilyon 586 milyard dollar real ÜDM-ə malik olan Türk dünyası birləşir və güclənir. XXI əsr Türk əsridir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki