image-qanunla-reklam
image-1653896660_kerim-sekil

“Tünzalə Ağayevaya qulaq asanda ətim ürpənir” – Kərim

image-lady-day-az

Müğənni Kərim Abasov həmkarı Türkan Vəlizadəni müdafiə edib.

“Qanunla.az” xəbər verir ki, o, Xalq artisti Tünzalə Ağayeva və Əməkdar artist Sevda Ələkbərzadənin Türkanı tənqid etməsinə münasibət bildirib. “Şourum”a açıqlama verən Kərim Tünzaləni bəyənmədiyini deyib:

“Türkan öz janrında oxuyur, durub, onu vuraq? “Məndən yoxdur, oxumağım birnömrədir” demək nəyə lazımdır? Sevda və Tünzalə xanım kimi ifaçılar çox olsaydı ortada onlar görünməzdilər. Sevinsinlər ki, Türkan və başqaları var, onlar da seçilir. Sevda Ələkbərzadənin ifasına saatlarla qulaq asaram. Amma Tünzalə Ağayevanın mahnısına qulas asa bilmərəm, əsəblərim gərginləşir. Zövqümdə deyil. Bir mahnısına qulaq asanda yoruluram, tez dəyişirəm. Burnunda etdiyi boğazlar mənə qıcıq verir. Ona qulaq asanda ətim ürpənir, deyirəm, yenə? Neçə ildir dərs alıb, amma vurduğu boğazları düzəltməyib. Kiminsə ifasına “faciə” deyirsənsə, mən də bu sözü deyirəm. radioda belə səslənəndə dəyişirəm, əsəblərimə toxunur”.

Qeyd edək ki, Tünzalə Türkanın ifasını “faciə” adlandırmışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki