image-qanunla-reklam
image-1692260135_630_360_1680680010-133

Tramp işinə baxan hakimi öldürməklə hədələdilər

image-lady-day-az

Amerika hüquq-mühafizə orqanlarının əməkdaşları ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı cinayət işlərindən birinə baxan hakimi öldürməklə hədələyən Texas ştatından olan qadını saxlayıblar.

“Qanunla.az” xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Qeyd olunur ki, 43 yaşlı Abigail Co Sri avqustun 5-də Vaşinqtonda məhkəməyə zəng edib. Danışıq zamanı Sri Trampa qarşı işə baxan hakim Tanya Çutkana “Biz sizi öldürmək istəyirik. Əgər Tramp 2024-cü ildə seçilməsə, səni öldürməyə gələcəyik”, – deyib.

O, həmçinin Hyuston merliyinə namizədliyini irəli sürən Texasdan demokrat, konqresmen Şeyla Cekson Lini öldürməklə hədələyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki