image-qanunla-reklam
image-1639942841-61bf7881d47f661bf7881d47f7163993817761bf7881d47f361bf7881d47f5

“Tottenhem” “Liverpul”la bərabərə oynayıb

image-lady-day-az

İngiltərə Premyer Liqasında XVIII turun daha bir matçı keçirilib.

Qanunla.Az xəbər verir ki, mərkəzi oyunda “Tottenhem”lə “Liverpul” üz-üzə gəlib.

Londondakı qarşılaşmanın ilk hissəsində tərəflər hərəyə bir dəfə fərqlənib. Harri Keyn 13-cü dəqiqədə hesabı açıb. 35-ci dəqiqədə Dioqo Jota ilə hesabı bərabərləşdirən “qırmızılar” 70-ci dəqiqədə önə keçib. Müdafiəçi Endi Robertson fərqlənib. Lakin cəmi 4 dəqiqə sonra Xın Min Son oyunda son nöqtəni qoyaraq, status-kvonu bərpa edib – 2:2.

Qeydə alınan heç-heçə bu gün “Nyukasl” üzərində 4:0 hesablı qələbə qazanan lider “Mançester Siti”nin ikinci pillədəki “Liverpul”la xal fərqini 3-ə yüksəltməsinə səbəb olub. “Tottenhem” isə 26 xalla 7-ci yerdədir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki