image-qanunla-reklam
image-tokio-veli

Tokio-2020: Azərbaycan 11-ci qızılını qazandı

image-lady-day-az

Azərbaycan üzgüçüsü Vəli İsrafilov Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.

Qanunla.Az xəbər verir ki, o, 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışında 1 dəqiqə 04.86 saniyə nəticə ilə bütün rəqiblərini qabaqlayıb.

İsrafilov həmçinin paralimpiada rekordunu da qırıb.

Qeyd edək ki, hazırda aktivində 11 qızıl, 1 gümüş və 4 bürünc medal olan Azərbaycan komandası medal sıralamasında 10-cu yerdə qərarlaşıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki