image-qanunla-reklam
image-1664267006_fotojet_-_2022-02-27t104007-868

THY Rusiya və Belarusa uçuşları ilin sonuna qədər ləğv edib

image-lady-day-az

Türk Hava Yolları 2022-ci il dekabrın 31-dək Minsk, Soçi, Rostov və Yekaterinburqa bütün reyslərini ləğv edib.

Qanunla.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə aviadaşıyıcının saytında məlumat verilir.

Bildirilir ki, müntəzəm reyslərə bilet alan sərnişinlər ya başqa marşrut seçə, ya da pulunu tam geri ala biləcəklər.

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) 187 ölkədə uçuş təhlükəsizliyi auditi səhifəsində Rusiyaya qırmızı bayraq işarəsi qoyub.

Bununla yanaşı, rusiyalı pilotlar Türk Hava Yollarının təlim mərkəzində artıq FSTD təlimi keçə bilməyəcəkləri açıqlanmışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki