image-qanunla-reklam
image-154f29de3aa4fc0994c9c39dd0f65597

Teymur Rəcəbovun iştirak edəcəyi İddiaçılar turnirinin vaxtı və məkanı açıqlandı

image-lady-day-az

Şahmat üzrə İddiaçılar turnirinin yeri və vaxtı dəqiqləşib.

Yarış iyunun 16-dan iyulun 7-dək keçiriləcək.

Dünya çempionu Maqnus Karlsenlə (Norveç) görüşə vəsiqə verən turnirə İspaniyanın paytaxtı Madrid ev sahibliyi edəcək. Azərbaycan qrossmeysteri Teymur Rəcəbovun da qatılacağı turnirdə 8 şahmatçı mübarizə aparacaq. Onlardan altısının adı dəqiqləşib.

Teymurun rəqibləri arasında Fabiano Karuana (ABŞ), Yan-Kşıştof Duda (Polşa), Əlireza Firuzca (Fransa), Sergey Karyakin və Yan Nepomnyaşi (hər ikisi Rusiya) yer alıb. Teymur ötən il analoji turnirdə pandemiya səbəbindən oynamaqdan imtina etdiyi üçün, bu dəfə xüsusi dəvət alıb.

Digər iştirakçılardan Firuzca və Karuana bu il Latviyanın paytaxtı Riqada keçirilmiş Grand Swiss turnirinin, Duda və Karyakin isə Rusiyanın Soçi şəhərində təşkil olunmuş Dünya Kubokunun müvafiq olaraq ilk iki yerini tutduğu üçün lisenziya qazanıb. Nepomnyaşiyə isə dünya çempionatının ikincisi kimi şans verilib.

Qeyd edək ki, digər iki iştirakçı gələn ilin fevral-aprel aylarında Almaniyanın paytaxtı Berlində və Serbiyanın paytaxtı Belqradda keçiriləcək FIDE Qran-Prisində dəqiqləşəcək. Həmin yarışda dünya reytinqində 9-cu pillədə olan Şəhriyar Məmmədyarov da mübarizə aparacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki