image-qanunla-reklam
image-779b4130-d4f5-4a6d-9ff1-ee72ff60f6bc-300x200

“Təhsilin inkişafında incəsənətin rolunun artırılması” layihəsi uğurla başa çatıb – Fotolar

image-lady-day-az

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müssabiqəsi” çərçivəsində “Təhsilin inkişafında incəsənətin rolunun artırılması” layihəsinin bağlanış mərasimi 53 nömrəli məktəbdə  baş tutmuşdur.

Qanunla.Az xəbər verir ki, tədbir Ulu Öndər Heydər Əliyevin vəAzərbaycanın müstəqilliyi , ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdİ .Daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.Tədbir layihə rəhbəri Bakı şəhəri Yasamal rayon, 53 №-li tam orta məktəbin direktoru Tünzalə Zeynalovanın çıxışı ilə başlandı. Tədbirdə 18, 52, 31, 60 nömrəli məktəblərin direktorları və Azərbaycan Respublikası Elm Təhsil Nazirliyinin Təqiqat və İnnovasiyalar sektorunun müdirinin səlahətlərini icra edən Vüsalə Əliyeva və ETM nin əməkdaşı Günel Əhmədova, Bakı şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələrinin sektorunun müdiri Günay Qurbanova iştirak etmişdirlər.

Layihə “Azərbaycan İncəsənət Məktəbi”, “Uşaq və Yeniyetmələrə Dəstək” (UYD) ictimai birliyinin təşkilatı dəstəyilə Bakı şəhəri Yasamal rayonu 53 №-li tam orta məktəbi tərəfindən icra olunmuşdur.

İcra müddəti 6 ayı əhatə edən layihənin məqsədi ümumtəhsil məktəblərində təhsilin keyfiyyətinə yönəlmiş yaradıcılıq mühitinin inkişaf etdirilməsinə xidmət edir.

Layihə çərçivəsində Bakı şəhər Təhsil İdarəsinin 18, 31, 52, 53 və 60 №-li məktəblərindən 30 şagird 4 ay boyunca layihə çərçivəsində yaradılacaq “İncəsənət Dərnəyi”nin məşğələlərində iştirak etmişdir. Sözügedən dərnək şagirdlərdə aktyorluq və nitq bacarıqlarının inkişaf etdirilməsinə, onlar tərəfindən tamaşalar, maarifləndirici sosial video çarxların hazırlanmasına şərait yaradılmışdır. Dərnək iştirakçıları tərəfindən hazırlanan Əli Səmədlinin “Meşə çaqqalsız olmaz” və Cəlil Məmmədquluzadənin “Anamın kitabı” tamaşaları qeyd olunan məktəblərin digər şagirdlər üçün nümayiş olunaraq layihənin bağlanışı olmuşdur.

Məlumat üçün qeyd edək ki, ictimaiyyətin layihənin icrası və nəticələri ilə bağlı məlumatları yaxından izləməsi üçün layihənin facebook və instagram sosial platformaları üzərində səhifəsi yaradılmışdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki