Qanunla.Az xəbər verir ki,, 11.05.2022-ci il tarixində “Dövlət Satınalma Portalı”nda “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” Publik Hüquqi Şəxsinin ” “Baku Boulevard Hotel Company” MMC (VÖEN – 1402872891) və “Xəzər” firması (1400538281) ilə bağladığı tender müqavilələri yer alıb.
Gördüyünüz kimi, “”Ali təhsildə keyfiyyət təminatı” adlı beynəlxalq forum” müsabiqəsinin iki qalibi var. Lakin, sözügedən müsabiqənin nə vaxt, harada elan edildiyi, yaxud keçirildiyi barəsində Dövlət Satınalma Portalında heç bir məlumat yoxdur. Yəni, ətraflı məlumat bölməsi yenə qara şübhələr yaradan, “qara nida”larla işarələnib. Vəssalam.
17784 (on yeddi min yeddi yüz səksən dörd) və 32150 (otuz iki min yüz əlli) AZN təşkil edən hər iki müsabiqənin adı da cəlbedici görünür – “Ali təhsildə keyfiyyət təminatı”… Hansı ki, artıq, uzun müddətdir ki, valideynlərin, tələbələrin, şagirdlərin, hətta bir çox müəllimlərin belə gileyli olduğu mövzu – təhsildə keyfiyyət…
Hazırkı Azərbaycan təhsilinin keyfiyyət səviyyəsinin olduqca aşağı səviyyədə olmasına baxmayaraq, bunun üçün sən demə kağız üzərində “addımlar atılır”mış. Sadəcə, məlumat yerini “qara nida məşğul etdiyinə görə” , hansı addımlar, hansı səviyyədə atıldığını bilə bilmirik. Görünür, heç bilməyimizi də istəməyiblər.
Bu qədər tənqid və narazılığa rəğmən, təhsil sahəsində bu kimi müəmmalı proseslərin aparılması da çox maraqlı və təəccüblüdür.
Adı çəkilən tərəflərin açıqlamasını dinləməyə və dərc etməyə hazırıq.
DogruXeber.az