Sevastopolda iki Ukrayna vətəndaşı təxribat hazırlamaqda şübhəli bilinərək təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
“Qanunla.az” xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Məlumata görə, özəl mühafizə xidmətinin əməkdaşları iki nəfərin Balaklava rayonu ərazisində suqəbuledici məntəqənin yaxınlığında torpaq qazdığını görüblər. Onların sənədləri yoxlanılıb – kişilərin Ukrayna vətəndaşları olduğu üzə çıxıb. Onların telefonlarında rayonun infrastruktur obyektlərinə gedən marşrutun xəritəsi olub.
Saxlanılan şəxslər xəzinə axtardıqlarını, lakin təsadüfən itdiklərini iddia ediblər. Hər iki şəxs tutulub.