image-qanunla-reklam
image-1659080260_0001

TƏBİB-in həkimi xəstəlikdən ölüb

image-lady-day-az

TƏBİB-in tabeliyində olan Nərimanov Tibb Mərkəzinin həkim-cərrahı Hüseynov Azad Əli-Abas oğlu ürək-ağciyər çatışmazlığı səbəbindən dünyasını dəyişib.

Qanunla.az xəbər verir ki, bu barədə “Report”a TƏBİB-dən məlumat verilib.

Qeyd edək ki, A.Hüseynov 14 fevral 1960-cı ildə Bakı şəhərində, həkim ailəsində anadan olub. 1977-1983-cü illər ərzində Azərbaycan Dövlət Tibb Universitetində təhsil aldıqdan sonra N.İ.Piroqov adına 2 saylı Moskva Tibb İnstitutunda internatura təhsili alıb.

Bakı şəhəri 4 saylı Şəhər Poliklinikasında həkim-cərrah kimi fəaliyyətə başlayan A.Hüseynov, daha sonra Nərimanov Tibb Mərkəzinin nəzdində olan 1 saylı Şəhər Poliklinikasında çalışıb.

Birinci Qarabağ müharibəsinə könüllü olaraq qatılan həkim-cərrah “Müharibə veteranı” adını alıb. Həmçinin o, çoxillik səmərəli əmək fəaliyyətinə görə, bir sıra fəxri fərmanlarla da təltif edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki